"Qarabağ" - "Viktoriya" oyununa biletlərin əksəriyyəti satıldı
Bizi izləyin

İdman

"Qarabağ" - "Viktoriya" oyununa biletlərin əksəriyyəti satıldı

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem aradan qaldırılıb.

Publika.az-ın məlumatına görə, daha sonra qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.

Qeyd edek ki, Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranmışdı. Buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub. Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm