5 ildən sonra Bakıda Çempionlar Liqasının himni səsləndi
Bizi izləyin

İdman

5 ildən sonra Bakıda Çempionlar Liqasının himni səsləndi

Bakıda 5 ildən sonra yenidən UEFA Çempionlar Liqasının (ÇL) rəsmi himni səsləndirilib.

Publika.az xəbər verir ki, bu, "Qarabağ"ın evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi pley-off mərhələsinin ilk oyunundan öncə baş verib. Görüş saat 20:45-də start götürəcək.

"Köhlən atlar" son olaraq 2017/2018 mövsümündə bu raundda iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Qeyd edək ki, Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm