İslamiada: Kikboksçumuz ən yüksək kürsüdə
Bizi izləyin

İdman

İslamiada: Kikboksçumuz ən yüksək kürsüdə

Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.

Publika.az bildirir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Elvin Ağayev (full contact, 86 kq) də final görüşünə çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm