Qurban Qurbanov Prezidentin “Qarabağ”la bağlı paylaşımına belə reaksiya verdi - VİDEO
Bizi izləyin

İdman

Qurban Qurbanov Prezidentin “Qarabağ”la bağlı paylaşımına belə reaksiya verdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu üzərində qazandığı inamlı qələbə ilə bağlı tviterdə paylaşım edib.

Publika.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin "köhlən atlar"ın Fransanın "Nant" komandasını məğlub etməsi ilə bağlı paylaşımına münasibət bildirib.

Mətbuat konfransından sonra jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə ölkə başçısının qarşılaşma barədə paylaşım etdiyini söyləyib.

Təcrübəli baş məşqçi buna "Qarabağ" Azərbaycandır" deyə cavab verib.

Qeyd edək ki, "Qarabağ" "Nant"ı 3:0 hesabı ilə məğlub edib.

Həmin görüntünü təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm