İdman
Klub reytinqində də irəlilədik

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 2022-2023 mövsümündə qrup raundlarının ikinci turu geridə qalıb, klub reytinqi yenilənib.
Publika.az bildirir ki, 5 UEFA üzvünün, o cümlədən Ukrayna, Türkiyə və Ermənistanın mövqeləri yaxşılaşıb.
Azərbaycan 55 üzv arasında 29-cudur.
Mövsümdə komandaları qalan Ukrayna 15-ci, Türkiyə 19-cu, Moldova 32-ci, Latviya 34-cü, Ermənistan 40-cı, Litva 41-ci pillədə qərar tutur.
Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Qrup mərhələsi və sonrakı raundlar üçün 1-5 arası bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
2022-2023 mövsümündə Azərbaycan 2,500 əmsal əldə edib.
Ölkə təmsilçisi “Qarabağ” Avropa Liqasının G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Nant” (Fransa) komandaları ilə mübarizə aparır. "Köhlən atlılar" "Nant" üzərində 3-0 hesablı qələbədən sonra üç xalla "H" qrupunun ikincisidir.

-
Magazin105:45
Günel Tatlıseslə yenidən bir arada - FOTO
-
Avropa02:12
İranın PUA-ları ilə Kiyevə HÜCUM EDİLDİ
-
İdman00:45
Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:30
Günün ULDUZ FALI: sizə ciddi zərbə vura bilərlər
-
Magazin100:15
Təranə Qumral fotosu ilə gündəm oldu - FOTO
-
ABŞ27 Mart 23:31
ABŞ-da məktəbə SİLAHLI HÜCUM: yeniyetmə qız tüfənglə 6 nəfəri öldürdü
-
Magazin127 Mart 21:36
Emin Ağalarov xanımı və qızı ilə bir arada - FOTO
-
Sosial27 Mart 20:41
Azərbaycanda iş adamının ölkədən çıxışına QADAĞA QOYULDU