Maradona ki, Maradona… - VİDEO
Bizi izləyin

İdman

Maradona ki, Maradona… - VİDEO

Maradona ki, Maradona… - VİDEO

Dieqo Armando Maradona növbəti dəfə qalmaqal törədib.

Publika.az xəbər verir ki, futbolun canlı əfsanəsi istirahət üçün getdiyi Xorvatiyanın Dubrovnik şəhərində onunla şəkil çəkdirmək istəyən azarkeşlərə hücum edib. Qalmaqal gecə klubularının birinin yaxınlığında baş verib.

Dubrovnik şəhərinin gecə klublarından birində dostları ilə əylənən argentinalının sərxoş olduğu bildirilir. Maradona gecə klubunu tərk edərkən onunla şəkil çəkdirmək istəyənlər olub. Ancaq Dieqo ona yaxınlaşan heyranı ilə kobud rəftar edərək, onu itələyib.

Maradonanın bu kobudluğunu hadisə şahidlərindən biri kameraya çəkmək istəyib. Ancaq videoda Maradonanın özü düşməyib. Səsi və “Dieqo” deyə çağrıldığı eşidilir. Yerli hakimiyyət orqanları hələ ki, incident barədə məlumat vermək istəmir.

Xatırladaq ki, bir ay əvvəl Maradona keçmiş həyat yoldaşı haqqında sual verən jurnalisti öz evinin qarşısında döymüşdü.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm