İdman
Ali qurumdan inqilabi dəyişiklik: Hakim qərarını dəyişə bilər
Ali futbol qurumu FİFA qaydalarda bəzi inqilabi dəyişiklik etməyə hazırlaşır.
Publika.az-ın verdiyi xəbərə görə, qərara görə FİFA matç zamanı hər hissədə baş məşqçilərə ən çox iki dəfə hakim qərarlarına etiraz etmək hüququ verilə bilər.
Ali qurumun prezidenti Yozef Blatter belə deyib:
“Yalnız oyun dayandığı zaman məşqçi hakimin qərarına etiraz edə bilər. Bu zaman isə hakim və məşqçi meydanın kənarında quraşdırılacaq monitor vasitəsi ilə mübahisəli epizodlara baxa biləcək. Hakim istəsə, qərarını dəyişəcək. Təbii ki, bu zaman hakim və məşqçilərə matçı yayımlayacaq telekanalın da köməyi dəyməlidir. Bu yeniliyi ilk dəfə gələn il Yeni Zelandiyada keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatında tətbiq etməyi planlaşdırırıq".
Beləliklə, FİFA-nın tədbiq edəcəyi yeni qərara əsasən, “hakimin qərarı dəyişilməzdir” fikri tarixə qovuşacaq. Yeni qaydalara görə, hakim qərarı dəyişdirilə bilər.
Aygün İlqarqızı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ