Berti Foqts qaçdı
Bizi izləyin

İdman

Berti Foqts qaçdı

Berti Foqts qaçdı

“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı.

Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinn baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsinin ilk turunda Bolqarıstan millisinə uduzduqları oyundan sonra deyib.

Almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Eksperimentlərinizin nəticəsi bu idi?

- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçular yox idi.

- 70 dəqiqədən sonra oynaya bilməməyinizin səbəbi nədir?

- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.

- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?

- Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı.

- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?

- Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.

Mətbuat konfransının sonluğu isə qalmaqalla yadda qalıb. Belə ki, Foqts jurnalistlərdən birinin ona verdiyi "Rüfət Dadaşovdan nə gözləyirdiniz?" sualına almanca cavab verib və əsəbi şəkildə konfrans zalını tərk edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm