İstanbul derbisi heçə-heçə yekunlaşdı
Bizi izləyin

İdman

İstanbul derbisi heçə-heçə yekunlaşdı

Futbol üzrə Türkiyə Super Liqasında 2022-2023 mövsümünün ilk İstanbul derbisi oynanılıb.

Publika.az xəbər verir ki, VIII turun matçında “Fənərbağça” komandası “Beşiktaş”ın qonağı olub. “Vodofon Park” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri 6-cı, 14 xala malik olan “Fənərbağça” isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, çempionatda turnir cədvəlinə 17 xalla “Başahşehir” komandası başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm