İdman
Azərbaycan derbisində REKORD

Premyer Liqanın VIII turunda “Qarabağ” və “Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan derbisində rekord qeydə alınıb.
Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.
3:1 hesablı qələbə qazanan "köhlən atlar" ardıcıl 5-ci dəfə rəqibini xalsız qoyub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.
Qeyd edək ki, “Qarabağ”la “Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.

-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə
-
Sosial15:38
İlhamə Elşadqızı ifadə verdi: "Adım bir kişi ilə hallanmayıb" - VİDEO