İdman
Türkiyə bu məsələdə Qətərə KÖMƏK EDƏCƏK

Türkiyə Böyük Millət Məclisi (TBMM) Qətərdə “Dünya Kuboku Qalxanı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun altı aylıq missiyası ilə bağlı Türkiyə prezidentinin fərmanı layihəsini qəbul edib.
Publika.az xəbər verir ki, fərmana əsasən, idman tədbirinin təhlükəsiz keçirilməsini təmin etmək məqsədi ilə “Dünya Kuboku Qalxanı” missiyası Qətər silahlı qüvvələri və bu ölkə hökumətinin dəvət etdiyi dövlətlərlə birgə həyata keçiriləcək.
Xüsusilə, Qətər ərazisində missiyada iştirak edən ölkələr müxtəlif təhlükələrə, ilk növbədə terrorizmə qarşı lazımi tədbirlər görəcəklər.
Missiya Qətər hökumətinin dost və müttəfiq ölkələrə, o cümlədən Türkiyəyə müraciəti əsasında həyata keçirilir.
Qeyd edək ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

-
Rəsmi xronika12:02
İlham Əliyev Ursula fon der Lyayen ilə görüşdü
-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO