İdman
Başımızda aerodrom papağı, əlimizdə təsbeh... - Bəxtiyar Əliyev

Özbəkistanda keçiriləcək cüdo üzrə Dünya Çempionatında Azərbaycan yığmasını dəstəkləmək məqsədilə azarkeş Bəxtiyar Əliyev Daşkəndə səfərə hazırlaşır.
Bu barədə Publika.az-a Bəxtiyar Əliyev özü məlumat verib.
O, bir çox idman oyunlarının azərkeşi olduğunu və dünya çempionatlarında iştirak etdiyini bildirib: “Əsas üstünlüyü viza tələb olunmayan ölkələrə verirəm. Macarıstan və Qazaxstanda güləş üzrə Dünya çempionatı, Minskdə isə Avropa oyunları keçirildi. Hər birində iştirak etdim. Bu dəfə isə Özbəkistanda keçiriləcək cüdo üzrə dünya çempionatında dəstəyimi əsirgəməyəcəm . Adətən bileti üç ay öncədən alırıq. İndi hazırlıq işləri aparırıq. Sona kimi idmançılarımıza dəstək olacağıq.
Gedən zaman özümüzlə bayraqlarımızı aparır, ehtiyac yaranarsa, şüarlar və idmançılarımızın şəkillərini də çap etdiririk. Biz təcrübəli azarkeşlərik. Düzdür, passiv azərkeşlər də olur. Qazaxıstanda, Belarusda və s. ölkələrdə olan azərbaycanlıları bir yerə toplaya bilirik. Neytral azərkeşlərdən də istifadə edirik. İdmançılarımızı gərginlikdə, təyziq altında saxlamırıq, əksinə, daha çox dəstək olmağa çalışırıq. Onlar artıq bizi tanıyırlar. Qızıl medal aldıqdan sonra idmançılarla birlikdə qeyd edirik. Bəzi hallar olur ki, jurnalistlərə müsahibə də veririk.
Komandamızın xüsusi milli geyimləri olur bizdə. Bu dəfə başımızda aerodrom papaqlar, əlimizdə isə təsbeh olacaq. Çəkiliş zamanı yerli operatorlar bizi göstərəndə maraqlı görüntü olacağına inanırıq. Xarici azərkeşlərlə elə də ünsiyyət qurmuruq . Hər kəs öz idmançilarına dəstək olur. Biz onlardan daha çox oluruq. Xaricdə olan tələbələr də bizə yardımçı olur. Macarıstanda ilk günlərdə təxmini 8 nəfər idiksə, artıq yarışın 3-4-cü günlərində azərkeşlərimizin sayı artdı”.
Zaira Akifqızı

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə