Kim daha tez "MAT" edəcək: balaxanılılar, yoxsa ramanalılar? - FOTO
Bizi izləyin

İdman

Kim daha tez "MAT" edəcək: balaxanılılar, yoxsa ramanalılar? - FOTO

Oktyabrın 16-da Bakının Balaxanı və Ramana kəndlərinin şahmatçıları arasında turnir keçiriləcək. Bütün xeyirli işlər təşəbbüsdən başlanır. “Ramana İnfotur” kəndin mərkəzi küçəsində ilk elanlarını yerlədirəndən sonra məlum oldu ki, Bakı kəndlərində şahmata böyük maraq var.

Publika.az xəbər verir ki, 6-16 yaş arası, qabiliyyətini yarışda sınamaq istəyən ramanalılar öz aralarında iki həftə yarışdıqdan sonra, “İnfotur” rəqabət meydanını genişləndirmək qərarına gəlib. Bu şənbə, “Bakı Abadlıq Xidməti” MMC tərəfindən inşa edilmiş İdman Mərkəzində iki kənd arasında baş tutacaq şahmat turnirinə ciddi hazırlıq gedir.

Balaxanı kəndində fəaliyyət göstərən Azərrobot kurslarında təlim keçmiş şahmatçılarla yarışmaq yəqin ramanalılar üçün asan olmayacaq. Hər şey nəticələrdən asılıdır! Birinciliyi qazananlara medallar və mükafatlar təqdim ediləcək. Və istisnasız olaraq, hər iştirakçı turnirdən sertifikat, təşəkkürnamə və hədiyyə qazanacaq.

Tərəf-müqabillər hazırlıq səviyyələrinə görə seçilir. Turnirlə bağlı yarana biləcək bütün suallar Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlıq əsasında tənzimlənir. Yarışma ortamı fərdi inkişafa təkan verir, şahmatçıların ünsiyyət çevrəsi genişlənir, qabiliyyəti ilə seçilənlər master klasslara cəlb edilirlər. Təbii ki, gələcyin çempionları məhz belə mühitlərdə yetişirlər.

Həftənin bir günü Bakı kəndlərinin cavanları çox faydalı zaman keçirib, sadəcə, idmanda deyil, gələcək karyeraları ilə bağlı növbəti “gedişlər” barədə düşünürlər. Həftəsonu idman bayramına necə qatılmaq olar? Ramana “İinfotur”un elanlarını izləmək və qeydiyyatdan keçməklə.

Bakı kəndlərinin 6-dan 16-ya sakinləri doğma kəndlərini öz zehni, istedadı ilə tanıda bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm