Lənkəran stadionu qar mühasirəsində - FOTOLAR
Bizi izləyin

İdman

Lənkəran stadionu qar mühasirəsində - FOTOLAR

Lənkəran stadionu qar mühasirəsində

Hazırda bütün futbol azarkeşləri səbirsizliklə həftəsonu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" matçını gözləyir.

Publika.az xəbər verir ki, Lənkəranda hava durumu hələ də əlverişli deyil. İş ondadır ki, hazırda da Lənkəranda qar yağır, Mərkəzi stadion və onun ətrafı hələ də qarın altındadır.

Meydançanın təbii örtüklü olması ora hər hansı bir texnikanın salınıb qarın təmizlənməsini də mümkünsüz edir. Çünki bu zaman ot örtüyü tamamilə yararsız vəziyyətə düşəcək.

Lənkəran stadionunun son durumunu əks etdirən fotoları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm