İdman
Xanımı da şəhərin şərəfini qoruyacaq
“Real”ın yeni transferi Xames Rodrigesin həyat yoldaşı Madrid klubunun şərəfini qoruyacaq.
Publika.az xəbər verir ki, 22 yaşlı Daniel Ospina çimərlik voleybolu üzrə yarımhəvəskar “Madrid” komandasının heyətinə cəlb olunub. Daniel əvvəllər voleybolla ciddi şəkildə məşğul olub. Ancaq 2013-cü ildə karyerasını bitirməli olub. Həmin vaxt Xames “Monako”ya keçib, Ospina isə hamilə olub.
Qızlarının dünyaya gəlişindən və Xamesin “Real”a keçidindən sonra Daniel karyerasını bərpa etmək istəyib. 183 sm boya malik Ospina Madrid klubu ilə razılıq əldə edib. Klubun prezidenti Felipe Paskula bildirib ki, Ospinaya hər cür dəstək verəcəklər:
“Onu heç kim tələsdirməyəcək. Nə vaxt hazır olacaqsa, onda da meydana çıxacaq. Bilirdik ki, ona başqa təkliflər də olub. Ancaq Ospina bizi seçdi. Güman edirik ki, burda özünün rahat hiss edəcək”.
Prezident Danielin məvacibi ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Biz çox kiçik klubuq. Oyunçulara demək olar ki, məvacib vermirik. Onların təhsil almasına və ev kirayələməsinə yardımçı oluruq. Düşünmürəm ki, belə varlı həyat yoldaşı olan Ospina bizdən nə isə tələb etsin”.
Ospina Afina Olimpiadasının gümüş mükafatçısı Xoan Linonun rəhbərliyi altında məşq edəcək.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ