“Qətər-2022 Dünya Kuboku mənim son şansımdır”
Bizi izləyin

İdman

“Qətər-2022 Dünya Kuboku mənim son şansımdır”

Qətərdəki dünya çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq.

Publika.az TASS-a istinadla xəbər verir ki, Futbolçu bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında danışıb.

“Əlbəttə, bu mənim son dünya çempionatımdır, onu qazanmaq üçün son şansımdır. Mənim və ümumi arzumuzu həyata keçirmək üçün son şansdır. Bunun karyeramın ən xoşbəxt anı olub-olmadığını bilmirəm, amma özümü çox yaxşı hiss edirəm. Mənə düşən hər andan maksimum yararlanmağa çalışıram. Əvvəllər bundan həzz almağa vaxtım yox idi”, - deyə Messi bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda çərşənbə axşamı Argentina yığması Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm