Braziliya Serbiyanı məğlub etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

Braziliya Serbiyanı məğlub etdi - YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 62 və 73-cü dəqiqələrdə Riçarlison vurub.

Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.

Bununla da mundialda bütün qruplarda ilk tura yekun vurulub.

xxx

00:45

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında hesab dəyişib.

Publika.az xəbər verir ki, qarşılaşmanın 73-cü dəqiqəsində Riçarlison özünün və komandasının ikinci qolunu vurub.

xxx

00:22

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında hesab açılıb.

Publika.az xəbər verir ki, qarşılaşmanın 62-ci dəqiqəsində Riçarlison Braziliyanı hesabda önə çıxarıb.

xxx

00:04

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb.

xxx

23:46

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb.

xxx

23:01

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı start götürüb.

Publika.az xəbər verir ki, oyun saat 23:00-da başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm