İdman
Argentina millisi Meksikanı məğlub etdi - YENİLƏNDİ

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub.
Publika.az xəbər verir ki, C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib.
Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb.
Mundialda birinci qələbəsini əldə edən "tanqoçular" ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır.
Sonuncu - III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Həmin matçlar noyabrın 30-da olacaq.
xxx
00:48
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Argentina seçməsindən Antso Fernandes 87-ci dəqiqədə fərqi iki topa çatdırıb - 2:0.
xxx
00:25
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 64-cü dəqiqədə Lionel Messi Argentina seçməsini hesabda önə keçirib - 1:0.
xxx
00:00
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
xxx
23:00
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi münaqişələr ola bilər
-
İdman00:00
Millimizin voleybolçusu: "Zəlzələ uzun müddət davam etdi, çox qorxduq"
-
MDB6 Fevral 23:48
Rusiya xilasediciləri Türkiyəyə göndərildi - Nazir müavini RƏHBƏRLİK EDİR
-
İdman6 Fevral 22:07
Məşqçi və ailəsi dağıntılar altından çıxarıldı
-
Dəb6 Fevral 22:00
Ulduzlar dəbdəbəli ziyafət libaslarında - FOTO
-
Dəb6 Fevral 20:40
53 yaşlı Cennifer Lopez geyimi ilə göz qamaşdırdı - FOTO
-
Region6 Fevral 19:48
Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çökdü - VİDEO
-
Nida Xəbər 6 Fevral 19:36
Baş nazirdən MÜHÜM QƏRAR: martın 1-dən etibarən...