İdman
Xorvatiya Kanadanı məğlub etdi - YENİLƏNDİ

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Publika.az xəbər verir ki, günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.
Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.
Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.
Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.
xxx
21:32
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.
Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
xxx
21:05
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə start götürüb.
Publika.az xəbər verir ki, Avropa təmsilçisi 2:1 hesabı ilə öndədir.
xxx
20:50
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb.
Publika.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.
xxx
20:45
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Avropa təmsilçisi hesabda önə keçib - 2:1.
Xorvatiya seçməsinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub.
xxx
20:36
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1
Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib.
xxx
20:02
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.
xxx
20:00
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

-
Art02:12
"Titanik"dən sonra tarixin ən çox qazandıran FİLMİ
-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO