Əmindirlər, Messi gəlir – Böyük hazırlıq başladı
Bizi izləyin

İdman

Əmindirlər, Messi gəlir – Böyük hazırlıq başladı

Lionel Messi karyerasını ABŞ-da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilir ki, 35 yaşlı argentinalı “İnter Mayami”yə keçməyə yaxındır.

MLS klubu əmindir ki, Messi dünya çempionatından sonra onlarla müqavilə imzalayacaq və 2022/23 mövsümünün sonunda komandaya qoşulacaq.

“Mayami” Messinin gəlişi üçün heyətə də əl gəzdirmək niyyətindədir. Messi ilə dil tapa biləcək futbolçuların transferi gündəmə gəlib. Namizədlər arasında Leonun “Barsa”dakı keçmiş komanda yoldaşlarından Sesk Fabreqas və Luis Suares də var.

Messinin MLS tarixində ən çox maaş alan futbolçu olacağı gözlənilir. Xatırladaq ki, Devid Bekhem “Mayami” klubunun ortaq sahiblərindən biridir. Potensial sövdələşmədə onun təsirinin mühüm rol oynadığı qeyd edilir.

Onu da qeyd etmək lazımdır ki, Messinin Mayamidə şəxsi iqamətgahı var. O, tətilləri tez-tez orada keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm