Rüşvət alıblar - Bahalı saat qalmaqalı
Bizi izləyin

İdman

Rüşvət alıblar - Bahalı saat qalmaqalı

Rüşvət alıblar - Bahalı saat qalmaqalı

FİFA daha bir rüşvət qalmaqalı ilə üzləşib.

Publika.az xəbər verir ki, ali futbol qurumu bu dəfə “Sunday Times” tərəfindən ittiham olunub. Qəzet idda edir ki, FİFA prezidenti Jozef Blatter və qurumn 26 üzvünə Braziliya Futbol Federasiyası tərəfindən qiymətli hədiyyələr verilib. İddialara görə, FİFA məmurlarına dəyəri 25 min dollar olan saat bağışlanıb.

Məsələyə münasibət bildirən FİFA bu iddianı təkzib edib. Qurumun rəsmi saytında yayılan bəyanatda deyilir:

“Braziliya Futbol Federasiyasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə sponsor təşkilat bir çox insanlara, o cümlədən FİFA funksionerlərinə də xatirə saatları hədiyyə edib. FİFA-nın etika komitəsi bu barədə məlumatlandırılıb”.

Qeyd edək ki, FİFA-nın etika kodeksinə əsasən, qurumun funksionerlərinə simvolik olmayan hədiyyələri qəbul etmək qadağan edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm