DÇ-2022: Pley-off mərhələsinin 3 iştirakçısı bəlli oldu
Bizi izləyin

İdman

DÇ-2022: Pley-off mərhələsinin 3 iştirakçısı bəlli oldu

Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarından sonra 1/8 final mərhələsinin 3 iştirakçısı bəlli olub.

Publika.az xəbər verir ki, D qrupundan Fransa millisi, G qrupundan Braziliya yığması, H qrupundan isə Portuqaliya seçməsi adını pley-offa yazdırıb.

Fransızlar II turda Danimarkanı 2:1, portuqaliyalılar Uruqvayı 2:0, "sambaçılar" isə İsveçrəni 1:0 hesabı ilə məğlub edərək, 1/8 finala vəsiqəni rəsmiləşdirib.

Qeyd edək ki, mundiala dekabrın 18-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm