Bu futbolçuya nə olub belə?
Bizi izləyin

İdman

Bu futbolçuya nə olub belə?

Bu futbolçuya nə olub belə?

Hər futbolçunun arzusu milli komandanın formasını geyinmək, dünya çempionatı kimi böyük turnirdə çıxış etməkdi.

Amma deyəsən "Real Sosyedad"ın meksikalı futbolçusu Karlos Velanın belə arzusu yoxdu. Publika.az xəbər verir ki, hücumçu heç bir futbolçunun arzulmadığı bir istəklə Meksika Futbol Federasiyasına müraciət edib.

Belə ki, Vela Braziliyada keçiriləcək dünya çempionatına qatılmaq istəmədiyini bildirib və adının millinin heyətinə salınmamasını xahiş edib. Futbolçu istəyini mundiala mənəvi cəhətdən hazır olmaması ilə əsaslandırıb.

Xəbəri Meksika Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib. Hətta millinin baş məşqçisi Migel Herrera və federasiya rəsmiləri onunla danışmaq üçün İspaniyaya yollanıb. Lakin Velanı fikirindən döndərmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm