Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olundu
Bizi izləyin

İdman

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs olundu

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko həbs olunub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyevin Peçersk məhkəməsi Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.

UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən 270 min dollar) məbləğində girov müqabilində azad oluna bilər.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm