İdman
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adladı - YENİLƏNDİ

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Publika.az xəbər verir ki, F qrupunun sonuncu - 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.
Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.
Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.
xxx
19:07
Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda erkən qol vurulub.
Publika.az xəbər verir ki, 4-cü dəqiqədə Hakim Ziyeş Afrika təmsilçisini hesabda önə keçirib.
xxx
19:00
Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
xxx
17:50
Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin
Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

-
Art02:12
"Titanik"dən sonra tarixin ən çox qazandıran FİLMİ
-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO