DÇ-2022: Uruqvay qalib gəlsə də qrupda qaldı
Bizi izləyin

İdman

DÇ-2022: Uruqvay qalib gəlsə də qrupda qaldı

Qana və Uruqvay milli komandaları Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıblar.

Publika.az xəbər verir ki, H qrupunun sonuncu turunda üz-üzə gələn yığmaların duelində Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazansa da, digər matçda Portuqaliyanın Cənubi Koreyeya uduzması asiyalıların mərhələ adlamasına səbəb olub.

Uruqvay seçməsindən hər iki qolu Corcian de Arraskaeta vurub. O, 26 və 32-ci dəqiqələrdə fərqlənib.

Beləliklə, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm