İspaniya bu komandalara oyun satıb - İttiham
Bizi izləyin

İdman

İspaniya bu komandalara oyun satıb - İttiham

“Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis İspaniya millisinin dünya çempionatını tərk etməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Kançelskis “Championat”ın müxbiri ilə söhbətində İspaniyanı oyun satmaqda ittiham edib:

“2018-ci ildə İspaniya millisi oyunu Rusiyaya satdı, indi isə Yaponiyaya. İlk oyunda göstərdikləri normal futbolu oynasaydılar… Amma nədənsə, futbol oynamaq istəmədilər.

Nə baş verdi? Futbol tanrısı onları cəzalandırdı. Fırıldaqçıları və yaramazları həmişə belə aqibət gözləyir. Futbol oynamaq lazımdır! Hər matçı sonuncu matçınız kimi oynayın! Futbol tanrısı var və o, xəyanət edənləri cəzalandırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm