Ronaldonun arvadı narazılıq etdi
Bizi izləyin

İdman

Ronaldonun arvadı narazılıq etdi

Kriştiano Ronaldonun həyat yoldaşı Corcinya Rodriges Portuqaliya millisini DÇ-2022-nin 1/8 finalında İsveçrə üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, o, qarşılaşmanın sonunda meydana daxil olan həyat yoldaşına da dəstək olub:

“Təbriklər Portuqaliya! 11 oyunçu himni oxuyarkən bütün gözlər sənin üzərində idi. Nə yazıq ki, dünyanın ən yaxşı oyunçusundan 90 dəqiqə həzz ala bilmədik. Azarkeşlər sizi dəstəkləməkdən və adınızı hayqırmaqdan əl çəkmirlər. Qoy Allah və dostunuz Fernando əl-ələ tutaraq getsinlər və bizə daha bir həyəcanlı gecə bəxş etsinlər”.

Xatırladaq ki, oyun Portuqaliya millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm