İttiham:“Artıq onlar da sənin kim olduğunu bilirlər”
Bizi izləyin

İdman

İttiham:“Artıq onlar da sənin kim olduğunu bilirlər”

İttiham:“Artıq onlar da sənin kim olduğunu bilirlər”

İtaliya çempionatının 22-ci turunda “Napoli” səfərdə “Atalanta”ya 0:3 hesabı ilə məğlub oldu. Artıq Neapol klubu lider “Yuventus”dan 15 xal geri qalır.

Bu məğlubiyyətdən sonra “Napoli”nin baş məşqçisi Rafael Benites “İnter”in və İtaliya millisinin keçmiş müdafiəçisi Marko Materatsi tərəfindən kəskin tənqid olunub.

Futbolçu Tvitter səhifəsində Benitesi ikiüzlülükdə ittiham edib: “O, “İnter”ə gələn kimi göstəriş verdi ki, paltardəyişmə otağından Mourinyonun şəkilləri yığışdırılsın.

Həmin taktika, həmin maneradı. Artıq onlar da sənin kim olduğunu bilirlər. Olmamaqdansa, gec olması yaxşıdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm