Asiya oyunlarında “kommunist” qadağası
Bizi izləyin

İdman

Asiya oyunlarında “kommunist” qadağası

Asiya oyunlarında “kommunist” qadağası

Cənubu Koreyada vətəndaşlara ciddi xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, Koreyanın cənubunda Şimali Koreyanın bayrağını gəzdirənləri həbs təhlükəsi gözləyir. Cənubi Koreya rəhbərliyi bu qərarı Asiya oyunları ərəfəsində atıb. Asiya oyunları Koreyanın İnçxon şəhərində keçiriləcək.

Milli təhlükəsizliklə bağlı qanuna əsasən, Cənubi Koreya vətəndaşlarına kommunist rejimi ilə bağlı istənilən atributu daşımaq qadağan olunub.

Bununla bağlı Asiya oyunlarının təşkilat komitəsinə də xəbərdarlıq edilib. Təşkilat komitəsindən bildiriblər ki, onlara hər şeyi diqqətlə yoxlamaq göstərişi verilib.

Qeyd edək ki, Asiya oyunları sentyabrın 19-dan oktyabrın 4-nə qədər keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm