İdman
Heç bir qadının bədənində belə döymələr görməyibsiniz - FOTOLAR
DÇ-2022-nin yarımfinal mərhələsinin Mərakeşlə görüşündə fərqlənməklə Fransa millisinin finala gedən yolunu açan Teo Hernandes mundialın ən çox müzakirə edilən adlarından biridir.
Publika.az xəbər verir ki, mundiala ehtiyat oyunçular skamyasından başlayan müdafiəçi, qardaşı Lukanın ciddi zədə almasından sonra əsas heyətdə meydana çıxmağa başlayıb.
Futbolçu, təkcə oyunuyla deyil, şəxsi həyatı ilə də gündəmdədir. Buna səbəb xanımı Zoe Kristofolidir. 26 yaşlı italyan model ilə Teonu birləşdirən ortaq cəhət döyməyə olan sevgiləridir. Onlar bunu heyrətamiz adlandırırlar. 2022-ci ilin aprelində cütlüyün ilk övladları dünyaya gəlib. Onun adı isə olduqca orijinaldır - Theo Junior.

Onlar hazırda ailəliklə Qətərdədilər. Zoe Yaxın Şərqdə döymələri ilə də gündəmi zəbt edir. Zoedən tez-tez bu həvəsinin haradan gəldiyini soruşurlar. Onun isə cavabı belə olur:
“Mən həmişə fərqlənmək istəmişəm. Bu, valideynlərimlə çətin münasibətlərə bir növ etiraz və reaksiyadır. Sadəcə, diqqəti özümə çəkmək istədim”.

Hazırda Zoenin bədəninin təxminən 60%-i döymələrlə örtülmüşdür. Onun bununla kifayətlənəcəyi inandırıcı deyil. Bəlkə də tezliklə futbolun əsas kubokunun təsvirini bədənində görəcəyik.
Heybət Məmmədov
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”





































