İdman
DÇ-2022: Kim adını tarixə yazacaq? - ANONS

Bu gün Qətərdə keçirilən sayca 23-cü Dünya kubokuna yekun vurulacaq.
Publika.az xəbər verir ki, mundialın həlledici görüşdə Argentina və Fransa milli komandaları üz-üzə gələcək. “Lusail” stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyakın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Fransa millisi çempionluq titulunu qorumaq əzmindədir. “Xoruzlar”buna nail olacaqları təqdirdə, adlarını tarixə yazacaqlar. Daha öncə Braziliya və İtaliya milli komandaları ardıcıl 2 çempionluğu bayram ediblər. 21-ci əsrdə bu hadisə ümumiyyətlə yaşanmayıb. Avropa təmsilçisi Argentinanı məğlub edəcəyi halda, 3-cü dəfə “Qızıl ilahə”yə sahib çıxacaq. “Üçrənglilər” buna qədər iştirakçı olduqları 3 finaldan yalnız birində məğlub olublar. Bu, 2006-cı ildə baş verib. İtaliya millisi yalnız penaltilər seriyasında Fransadan üstün olub.
Argentina millisinə gəlincə, bu, onların sayca 6-cı finalı olacaq. “Tanqoçular” sadəcə 2 dəfə Dünya kubokunun qalibi ola biliblər. Cənubi amerikalılar sonuncu dəfə 36 il əvvəl buna nail olublar. "Albiseleste" uzun fasilədən azarkeşlərinə sevinc bəxş etmək istəyir. Argentinanın çempion olmaq üçün baş bir səbəbi isə komandanın kapitanı Lionel Messidir. Əfsanəvi futbolçu sonuncu dəfə iştirak etdiyi Dünya kubokunu qələbə ilə tərk etmək istəyir. Karyerası ərzində mümkün bütün titulları qazanan Messinin şəxsi muzeyində yalnız mundialın qızıl medalı yer almayıb. Buna görə də, komanda yoldaşları onun çempion olması üçün əllərindən gələni etməyə çalışacaqlar.
DÇ-2022, Final
18 dekabr
19:00. Argentina – Fransa
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu.
Heybət Məmmədov

-
Kriminal01:00
Gəncədə toy QANA BOYANDI: yaralıların sayı artdı
-
Magazin100:45
"Açıq geyinən müğənniləri telekanala buraxmırlar" - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaş işlərə ciddi ziyan vura bilər
-
ABŞ9 Dekabr 23:00
Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"
-
Magazin19 Dekabr 21:48
Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO
-
İKT9 Dekabr 19:48
"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...
-
Hadisə9 Dekabr 19:12
Bakı metrosunda DAVA: müəllimi döydü, sonra...
-
Magazin19 Dekabr 19:00
Mətanət keçmiş gəlinini rüsvay etdi: "Gecə biz evdən çıxan kimi..." - ŞOK İTTİHAM