Səudiyyə Ərəbistanından Ronaldonun agentinə TƏKLİF
Bizi izləyin

İdman

Səudiyyə Ərəbistanından Ronaldonun agentinə TƏKLİF

Ronaldonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı güclənib.

Publika.az CNN-in portuqaliyalı jurnalisti Bruno Andradeyə istinadla xəbər verir ki, Ronaldonun agenti Rikardo Requfe “Əl-Nəsr” rəhbərliyi ilə görüşüb.

Məlumatına görə, Səudiyyə Ərəbistanından olan agent klubun mənzil-qərargahında danışıqlar aparıb. Bildirilir ki, 37 yaşlı portuqaliyalının transferi üçün aparılan danışıqlar müsbət nəticəyə doğru gedir.

Bundan əvvəl məlumat yayılmışdı ki, Ronaldo hələ də Avropa klublarından təklif gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm