Qonşularımız portuqalın “ətəyindən yapışdı”
Bizi izləyin

İdman

Qonşularımız portuqalın “ətəyindən yapışdı”

Qonşularımız portuqalın “ətəyindən yapışdı”

İran Futbol Federasiyası portuqaliyalı mütəxəssis Karluş Keyruşla yeni müqavilə bağlayıb.

Publika.az xəbər verir ki, İran millisi sonuncu dünya çempionatında uğursuz çıxış etdiyi üçün Keyruşla yeni müqavilə bağlanmayacağı gözlənilirdi. Ancaq cənub qonşularımız seçimi yenə Keyruşun üzərində ediblər.

Keyruş İran millisinin qarşısına qoyulan tələblər barədə danışaraq bildirib ki, əsas hədəfləri 2015-ci ildə keçiriləcək Asiya kubokunda medal qazanmaq, daha sonra isə 2018-ci ildə Rusiyada düzənlənəcək dünya çempionatına vəsiqə qazanmaqdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm