Prezident bu qızcığazı axtarır – FOTO
Bizi izləyin

İdman

Prezident bu qızcığazı axtarır – FOTO

Prezident bu qızcığazı axtarır – FOTO

Türkiyənin 1-ci liqa klubu "Giresunspor" ötən həftə "Adana Demirspor"la baş tutan matça kartı olmadığı üçün buraxılmayan, bu səbəbdən ağlayaraq nənəsini qucaqlayan azyaşlı qızı tapmaq üçün səfərbər olub.

Publika.az xəbər verir ki, klubun prezidenti Mustafa Bozbağ “Giresunpor” klubunun fan-klub səhifələrinin birində qızın şəkilinin paylaşıldığını bildirərək, azyaşlının "Giresunspor" sevgisinin ona çox təsir etdiyini bildirib:

"Sosial şəbəkədə paylaşılan bu fotoları mən də gördüm. O fan-səhifənin klubumuzla heç bir əlaqəsi yoxdur, ancaq paylaşılan fotoları gördükdə çox təsirləndim. Kiçik qızın "Giresunspor" sevgisi məni sanki ovsunladı.

O qızın “Giresunspor” sevgisi bizi çox sevindirdi. Buna görə də, o qızı tapmaq üçün səfərbər olmuşuq. Onu hər yerdə axtarırıq. Ailəsini tanıyanların vaxt itirmədən klubumuzla əlaqə yaratmasını xahiş edirik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm