“Xəzər Lənkəran” müsabiqə elan etdi
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” müsabiqə elan etdi

“Xəzər Lənkəran” müsabiqə elan etdi

“Xəzər Lənkəran” futbol klubu yaranmasının 10 illik yubileyi ilə əlaqədar marş və mahnı müsabiqəsi elan edib. Publika.az xəbər verir ki, müsabiqənin formatı aşağıdakı şəkildədi:

1. Müsabiqədə iştirak etmək üçün peşəkar musiqi fəaliyyəti ilə məşğul olmaq şərtdi.

2. Müsabiqə 2014-cü ilin fevral ayının ilk həftəsindən başlayıb 2014-cü ilin may ayının 5-də yekunlaşacaq.

3. Müsabiqədə iştirak edənlər təqdim etdikləri marş və ya mahnını tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etmələri xahiş olunur.

4. Müsabiqədə “Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnıların qalibləri

- I yer – 5000 manat

- II yer – 3000 manat

- III yer – 1000 manat olmaqla mükafatlandırılacaqla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm