1 nəfəri öldürüb, 3-nü yaralayan azarkeşə ömürlük cəza
Bizi izləyin

İdman

1 nəfəri öldürüb, 3-nü yaralayan azarkeşə ömürlük cəza

1 nəfəri öldürüb, 3-nü yaralayan azarkeşə ömürlük cəza

“Fənərbaxça” azarkeşlərinin UEFA-nın klub haqqında çıxardığı qərara etiraz məqsədi ilə təşkil edilən mitinqdə 1 tərəfdarı öldürüb, 3–nü yaralayan Batuhan Özdemirə cəza tətbiq edilib.

Publika.Az xəbər verir ki, prokuror tərəfdara ömürlük həbs cəzası istəyib.

İddianamədə şübhəli Batuhan Özdəmirin yürüşə 20-25 nəfərlik bir qrupla qatıldığı bildirilib. Həmçinin dünyasını dəyişən Kadir Ökçesizin də, zərərçəkmiş Cenk Eroğlunun da, aralarında olduğu 40-45 nəfərlik bir qrupla yürüşə qatıldığı vurğulanıb.

Bundan əlavə, mitinqdə Özdəmirin qrupunun “Gəzi parkı” hadisələri ilə bağlı hökumət əleyhinə şüar səsləndirməsinə zərərçəkmiş Cenk Eroğlu təpki göstərib. Belə ki, zərərçəkmiş etiraz yürüşünün siyasi olmadığını, sadəcə “Fənərbaxça” lehinə şüar səsləndirilməli olduğunu deyib.

Mübahisə əsnasında Özdəmir bıçaqla Eroğlunu vurmağa başlayıb və zərərçəkmişin qrupundan olan Kadir Ökçesiz, Özkan Eroğlu və Baran Aykan hadisəyə müdaxilə etmək istəyib.

İddia əsasında Batuhan Özdəmirin Kadir Ökçesizi qəsdən öldürdüyünə görə ömürlük həbs, Cenk Eroğlu, Özkan Eroğlu və Baran Aykeni də qəsdən yaraladığı üçün 18 ilə qədər həbslə cəzalandırılması tələb edilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm