İdman
"Qarabağ"dan 19 ilin rekordu
“Qarabağ” cari mövsüm Premyer Liqada 50 qol həddinə 19 oyunda çatmaqla rekorda imza atıb.
Publika.az xəbər verir ki, Ağdam klubu 19-cu turda “Turan Tovuz” üzərində səfərdə 3:2 hesablı qələbə qazandığı görüşdə buna nail olub.
Ağdamlıların matçdakı ikinci qolu mövsümdə 50-ci olub. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. 19 qarşılaşmada rəqib qapılarından 51 top keçirən Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/1999 mövsümünün müvafiq hissəsində 66 qola imza atıblar.
Heybət
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov