"Xüsusi adam"ın xüsusi açıqlamaları - "Allah və ondan sonra mən”
Bizi izləyin

İdman

"Xüsusi adam"ın xüsusi açıqlamaları - "Allah və ondan sonra mən”

Futbolun "xüsusi adamı" Joze Mourinyo 60 yaşını qeyd etdi. Zaman necə tez keçir. Elə deyilmi? İllər əvvəl gənc çalışdırıcı kimi Avropanı fəth edən adam artıq qocalır. Onun karyerası və uğurları barədə çox şey yazmaq olar. Hər bir klubdakı nəticələri və macəraları özü kimi xüsusidir.

Qazandığı titullar və davranışları ilə yanaşı, onun karyerası ərzində bir sıra maraqlı açıqlamaları da olub. Gənc yaşlarında bir müddət idman jurnalisti kimi fəaliyyət göstərmiş portuqaliyalı çalışdırıcı keçmiş həmkarlarının sevimli məşqçilərindən biridir. Onun ağzından çıxan hər söz yeni gündəm, yeni mövzudur. Bəziləri isə tarixə düşəcək əbədi sitatlardı:

Publika.az sizə Joze Mourinyonun - "Xüsusi adam"ın verdiyi maraqlı açıqlamaların bir neçəsini təqdim edir:

“Özünü “əclaf” hesab edən biri irəliləmək üçün heç nəyə ehtiyac duymur. Mən o “əclaf” deyiləm”.

“İsa Məsihi belə insanların hamısı sevmir. Mənim haqqımda nə deyəcəksiniz?”

“Qələbədən sonra buna sevinənlər var. Amma mənim ona vaxtım yoxdur”.

“İnsanlar səni sevirsə, yaxşısan. Əgər insanlar sənə nifrət edirsə, deməli, ən yaxşısan”.

“Nə vaxtsa ağıllı adamın fikirlərini eşitmək istəsəm, danışmağa başlayacam”.

“Sadə bir həyat istəsəydim, “Porto”da qalmağı seçərdim. Gözəl mavi kreslo, Çempionlar Liqasında daimi iştirak, Allah və ondan dərhal sonra mən”.

“Yaxşı xarakterli futbolçulara ehtiyacım yoxdur. O kefiyyətləri uşaqlarımda görmək istəyərəm. Mənə topu qapıya göndərəcək insanlar, kişilər lazımdır”.

“Əgər sizin "Ferrari"niz mənim isə kiçik maşınım varsa, yarışda qalib gəlmək üçün yanacaq çəninizə şəkər tökməliyəm”.

“Mən təcrübəliyəm. Çox təcrübəli. Əslində futbolda başıma gələn hər şey dejavudur. Bu gün yaşadıqlarımın hamısı daha əvvəl baş verib”.

“Siyasi fikirlərimi həqiqətən bilmək istəyirsiniz? Yaxşı, 4-3-3-ə üstünlük verirəm”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm