Polis araşdırmaya başladı - Məşhur futbolçunu körpüdən "asdılar"
Bizi izləyin

İdman

Polis araşdırmaya başladı - Məşhur futbolçunu körpüdən "asdılar"

İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan "Real" - "Atletiko" oyunu (3:1) ətrafındakı söz-söhbətlər bitmir.

Publika.az xəbər verir ki, qarşılaşmadan öncə Madrid klublarının azarkeşləri arasında yaşanan gərginlik hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. "Real"ın ulduzu Vinisius Juniorun fotosunun Madriddəki körpüdən asılmasından sonra İspaniya polisi "mümkün nifrət cinayəti" ilə bağlı araşdırmaya başlayıb. Bu barədə Madridin polisi şöbəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, oyundan bir gün öncə "kral klubu"nun təlim-məşq bazasının yaxınlığındakı körpüdə “Madrid "Real"a nifrət edir” pankartı yerləşdirilib. Eyni zamanda, Vinisius Juniorun adı və 20 rəqəmi yazılmış "Real" formalı heykəli "ölü vəziyyətdə" ipdən asılıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm