Sübutları görüncə, xəyanətə uğradığını bildi, bağışlamadı - FOTO
Bizi izləyin

İdman

Sübutları görüncə, xəyanətə uğradığını bildi, bağışlamadı - FOTO

Zorlama ittihanı ilə həbs edilən Braziliya millisinin futbolçusu Dani Alves daha bir ağır zərbə alıb.

Publika.az xəbər verur ki, həyat yoldaşı Joana Sans ərinin xəyanətini bağışlamayıb. O, təcrübəli futbolçunu əvvəlcə dəstəkləsə də, sonradan fikrini dəyişib. Buna səbəb məhkəmənin təqdim etdiyi sübutlardır.

Sans 2017-ci ilə evləndiyi Alveslə paylaşdığı fotolarını, hətta toy rəsmlərini belə “instaqram” səhifəsindən silib.

Qeyd edək ki, Alvesi zorlamada ittiham edən qız təzminat almaqdan imtina edib. Futbolçunu 4 ildən 12 ilə qədər həbs gözləyir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm