Futbolda dövr edən milyardlar - Kimlər xərcləyib, kimlər qazanıb?
Bizi izləyin

İdman

Futbolda dövr edən milyardlar - Kimlər xərcləyib, kimlər qazanıb?

Futbol klubları 2022-ci ildə beynəlxalq transferlərə 6,5 milyard dollar xərcləyib.

Publika.az xəbər verir ki, bu barədə FİFA hesabat təqdim edib. Bildirilir ki, 2022-ci il ərzində qlobal miqyasda edilən transfer xərcləri son iki illə müqayisədə xeyli artıb. Ötən il kişi futbolunda 6,5 milyard dollar xərclənib. Bu, 2021-ci illə müqayisədə 33,5 faiz çoxdur. Həmin il klublar 4,86 milyard dollarlıq bazarlıq ediblər.

Xərclərin 3,53 milyard dolları 18-23 yaşlı oyunçular üçün olub. Ödənişlə edilən köçürmələrin demək olar ki, 70 faizi bir milyon dollardan aşağı qiymətə həyata keçirilib.

Braziliyalılar ən çox beynəlxalq transfer haqqı ödəyən futbolçular olub. Klublar braziliyalı oyunçular üçün 843,2 milyon dollar ödəyib. Bu sahədə ikinci yeri fransızlar tutub. Onların transferinə 591,5 milyon dollar xərclənib.

Transferlərə ən çox pul xərcləyən İngiltərə klubları, ən çox qazanan isə Fransa təmsilçiləri olub. İngilislər transferlərə 2,2 milyard dollar xərclədiyi halda, fransızlar 740,3 milyon dollar qazanıb.

2022-ci ildə ümumilikdə (peşəkar və həvəskar kişi, qadın futbolu) rekord 71002 transfer reallaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm