İdman
FİFA-dan DÇ-2022-dəki hadisəyə görə sərt cəzalar

FİFA Uruqvay millisini DÇ-2022 matçında baş verən insidentlərə görə cəzalandırıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. FİFA Uruqvay Futbol Assosiasiyasını (AUF) azarkeşlər tərəfindən ayrı-seçkilik törətdiyinə, eləcə də komanda üzvlərinin nalayiq davranışlarına, təhqirlərinə və ədalətli oyun prinsiplərinin pozulmasına görə cəzalandırıb.
Uruqvay millisinin növbəti ev oyunu üçün stadion qismən bağlanacaq. AUF həmçinin 50 000 avro məbləğində cərimələnib.
Həmçinin ayrı-ayrı futbolçulara da sanksiya tətbiq edilib. Ximenez 4 oyunluq cəzalanıb, 20 min frank cərimə olunub və FİFA-nın ictimai işlərində iştirak etməlidir. Qapıçı Fernando Muslera da analoji cəza alıb.
Hücumçu Edinson Kavani 1 oyunluq cəzalanıb, 15 min frank cərimə olunub və FİFA-nın ictimai işlərində iştirak etməlidir. Müdafiəçi Dieqo Godin də oxşar cəza alıb.
Qeyd edək ki, Uruqvay DÇ-2022-nin qrup mərhələsinin son turunda Qana üzərində qələbə qazanıb (2:0), lakin qol fərqinə görə pley-offa vəsiqə əldə edə bilməyib. Bundan sonra Uruqvayın oyunçuları qalmaqal yaradıblar. Müdafiəçi Xose Ximénes hakimləri təhqir edib. Uruqvay yığmasının futbolçuları qanalıların qapısına iki penalti təyin etməyən Daniel Sibertin başçılıq etdiyi hakimlər briqadasının yanına gediblər. Ximenez Siebertə hücum etmək istəyərkən, səhvən FİFA direktorlarından birinə dirsəklə vurub.
Heybət

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari