Peres əsəbiləşdi, Ançelottiyə xəbərdarlıq etdi
Bizi izləyin

İdman

Peres əsəbiləşdi, Ançelottiyə xəbərdarlıq etdi

"Real"ın prezidenti Florentino Peres İspaniya Superkubokunun finalında "Barselona" məğlubiyyətinə (1:3) qəzəblənib.

Publika.az xəbər verir ki, oyunun nəticəsi təcrübəli funksioneri özündən çıxarıb.

Klub rəhbəri bu görüşdə komandanın fiziki cəhətdən zəif olduğunu və qığılcımsız oynadığını hesab edib. Peres hələ təyyarədə - komanda Səudiyyə Ərəbistanından Madridə qayıdarkən baş məşqçi Karlo Ançelottidən izahat tələb edib. Prezident Superkubokun "Real" üçün vacib turnir olduğunu bildirib.

Ançelotti bundan sonra futbolçularla söhbət edərək onların İspaniya kubokunda finala vəsiqə qazanmalı olduqlarını söyləyib. O, anlayır ki, qeydə alınacaq.məğlubiyyət postunu itirməsilə nəticələnə bilər. Bu səbəbdən heyətdəki rotasiyaları da azaldıb.

Qeyd edək ki, Əzəli rəqibi "Atletiko"nu məğlub etməklə ölkə kubokunda yarımfinala yüksələn "Real" La Liqada 41 xalla ikincidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm