İdman
"Qarabağ" dünyanın "Top-5"-də - İki göstərici üzrə

Milli çempionatlarda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”da dünyanın ən yaxşılar sırasındadır.
Qurban Qurbanovun yetirmələri iki göstəricidə “Top-5”-də qərarlaşıb. Ağdam klubu həm ümumi, həm səfərdəki məğlubiyyətsizliyi ilə planetin öndə gedənlərindən biridir.
“Qarabağ” Premyer Liqada 39 matçdır uduzmur. Ağdamlılar sonuncu dəfə ötən mövsüm - 2021-ci ilin oktyabrında “Səbail”ə uduzub. Bu, dünyada 2-ci göstəricidir. Yalnız “Srvena Zvezda” daha uzun seriyaya malikdir. Belqrad təmsilçisi Serbiya çempionatında 43 oyundur uduzmur.
Səfərdəki yenilgisizlikdə "Qarabağ" 4-cüdür. "Atlılar" 19 oyundur qonaq getdiyi qarşılaşmalardan məğlub dönmür. Bu siyahıda “Darul Takzim” hamıdan öndədir. Malayziya təmsilçisinin seriyası 48 matçdan ibarətdir. “Srvena Zvezda” 22, TNS 21 oyunluq göstərici ilə “üçlük”dədir.
Heybət

-
İdman08:24
Səhvən həyat yoldaşının çılpaq görüntülərini yaydı - VİDEO
-
MDB08:00
Rusiyada qaz kəmərində güclü partlayış - VİDEO
-
Magazin106:46
Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
-
Magazin102:12
Əməkdar artistin "Range Rover"i soyuldu - Xanımının çantası oğurlandı
-
Kriminal01:49
"Rüstəm Usubovu şantaj edib, təzyiq göstərməklə…" - MTN işində yeni ifadə
-
Magazin101:21
Aysun bu meyvəni görüb halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO
-
Qoroskop00:10
Günün ULDUZ FALI: uzaqdan vacib xəbərlər ala bilərsiniz
-
Maraq dünyası29 Mart 23:46
Deputat səfirliyin açılışında pianoda ifa etdi - VİDEO