İdman
Messinin qızıl butslarını kim götürüb? - Başqasının əlinə keçsəydi...

Futbolun canlı əfsanələrindən biri hesab edilən Lionel Messi, nəhayət ötən ilin dekabrında əsas istəyinə çatdı. O, Argentina milli komandası ilə dünya çempionu oldu.
35 yaşlı superulduz Qətər mundialında "Adidas"ın onun üçün xüsusi olaraq hazırladığı qızıl butslar geyinmişdi. Yeni idman ayaqqabıları hücumçu üçün düşərli oldu. Şübhəsiz ki, Messi o butslara baxaraq həmin anları xatırlayacaq. Halbuki həyat yoldaşı olmasaydı, bu, mümkün olmazdı.
Antonella Messinin idman ayaqqabılarını özü götürüb, çünki həyat yoldaşını çox yaxşı tanıyır. O bilirdi ki, Leo matçlardan sonra bütün əşyalarını, asanlıqla hədiyyə edir. O, hətta karyerasında keçirdiyi 1000-ci matçının formasını saxlamağı da unudub.
Bu hadisə elə DÇ-2022 zamanı baş verib. 1/8 final mərhələsi çərçivəsində keçirilən Avstraliya ilə oyun Messi üçün əlamətdar olub. Ancaq görüşdən sonra superulduz formanın əhəmiyyətini unudub və avstraliyalı həmkarı ilə dəyişib.
İndi bu çəkmələr yəqin ki, Messinin qarderobunun ən görkəmli rəfində yer alıb. Onlar başqasının əlinə keçsəydi necə olacaqdı? Yəqin ki, böyük məbləğdə kiməsə satılacaqdı.
Heybət

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar