İdman
7 ildən sonra ilk dəfə onsuz

İspaniya La Liqasının 19-cu turu çərçivəsində keçirilən "Selta" - "Atletik" matçı qonaqlar üçün təkcə məğlubiyyətlə (0:1) yadda qalmayıb. Bu görüş Bilbao təmsilçisinin son 7 ildə İneki Uilyamssız ilk matçı olub. Bəli, 28 yaşlı forvard uzun fasilədən sonra ilk dəfə matçı kənardan izləyib. Bunun səbəbi əzələ zədəsi olub.
Uilyams sonuncu dəfə 2016-cı il aprelin 7-də La Liqa çərçivəsində keçirilən "Malaqa" ilə oyunu buraxıb. Ondan sonra Bask komandasının iştirak etdiyi bütün qarşılaşmalarda əvəzetmədən olsa belə meydana daxil olub. Bu müddət ərzində o, La Liqada fasiləsiz 203 oyuna çıxıb ki, bu da sözügedən çempionat tarixində yeni rekorddur.
İnekiyə qədər bu göstəricidə Xuan Antonio Larranaqa lider idi. Baskoniyanın digər təmsilçisi "Real Sosyedad"da forma geyinən sabiq yarımmüdafiəçi ardıcıl 202 qarşılaşmaya çıxmışdı. O, cəmi 7 oyunda əvəzlənib.
Fasiləsiz meydana çıxmaqda əsas rekordçu Zepp Mayerdir. "Bayern"nın əfsanəsi 13 mövsümü qaçırmadan oynayıb. Qolkiper ardıcıl 442 matça çıxıb. Onun seriyası 1979-cu ilin iyununda qırılıb. Həmin vaxt zədələnən Mayer bir il futbolsuz qalıb və daha sonra karyerasını bitirib.
Heybət

-
İdman09:18
Bir saat ərzində, bir milyon uduzdu, bu hala düşdü - VİDEO
-
İnanc09:12
Doğuşdan "bədbəxt" olan 4 bürc - SİYAHI
-
İdman08:24
Səhvən həyat yoldaşının çılpaq görüntülərini yaydı - VİDEO
-
MDB08:00
Rusiyada qaz kəmərində güclü partlayış - VİDEO
-
Magazin106:46
Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
-
Magazin102:12
Əməkdar artistin "Range Rover"i soyuldu - Xanımının çantası oğurlandı
-
Kriminal01:49
"Rüstəm Usubovu şantaj edib, təzyiq göstərməklə…" - MTN işində yeni ifadə
-
Magazin101:21
Aysun bu meyvəni görüb halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO