İdman
Onunla həbsxanada necə davranıblar? - Bəzilərinin davranışı adamı iyrəndirirdi

Rusiyalı futbolçu Aleksandr Kokorin həbsdə olarkən üzləşdiyi neqativ hadisələr haqda danışıb.
Publika.az xəbər verir ki, Kokorin Sergey Breynə müsahibəsində həbsxana əməkdaşlarının həddindən artıq qəddar davranışlarının olduğunu bildirib:
“Həbsxanada ən böyük mənfilik? Qəddar işçilər. Düzdür, bütün əməkdaşlar murdar deyil. Amma bəzilərinin davranışı adamı iyrəndirirdi.
Onlar heç kimdir, amma general kimi davranırlar. Mənə qarşı da pis davranıblar? Təbii ki, vəziyyətdən istifadə etdilər.
Karantindəyik, düşərgəyə təzə gəlmişik – saç-saqqalımızı qırxdılar, yeməksiz oturmuşuq. Bir əməkdaş qışqırır: "Bax, onlar buradadırlar!" Bir azdan yemək yeyirik, o isə danışır: “Ha-ha, dünən Monakoda idin, indi burada oturursan”.
Maraqlıdır ki, həmin adamın baş geyimi, heç nəyi yox idi, forma geyinməmişdi. Biz isə ona belə cavab verdik: “Qulaq as, vətəndaş rəis, bir az özünə gəl. Bəlkə daha hörmətlə danışmağa başlayaq?”

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar