"Qəbələ"nin baş məşqçisi üsyan etdi: "Hakim layiqli qələbə qazandı"
Bizi izləyin

İdman

"Qəbələ"nin baş məşqçisi üsyan etdi: "Hakim layiqli qələbə qazandı"

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Sabah" matçından sonra (0:3) meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev məğlubiyyəti şərh edib.

Publika.az xəbər verir ki, "qırmızı-qaralar"ın çalışdırıcısı hakim idarəçiliyindən narazı qaldığını bildirib:

- Özümə söz vermişdim ki, hakimlər barədə danışmayacam. Amma danışmağın vaxtı çatıb. Baş hakim Vüqar Həsənli layiqli qələbə qazandı. Əlindən gələnin ən yaxşısını etdi, Gəncədə də qapımıza verilən ilk penalti mübahisəli idi. Hakimlər bizə qarşı fərqli yanaşırlar. Ruan Renatoya verilən ilk sarı yanlış idi. Hakimlərin verdiyi qərarlar futbolçularda qıcıq yaradır.

- İkinci hissədə komandanız toparlana bilmədi. Bu, nə ilə bağlıdır?

- Futbol emosiya oyunudur. Futbolçular da hakimlərin etdiklərini görürlər. Ruanı sakitləşdirmək çətin idi. Oyunçularıma tövsiyə edirəm ki, belə hallara çöx önəm verməsinlər. Bu, ilk dəfə deyil.

- Ruan Renatoya cəza verəcəksiniz?

- Ona haqsız yerə sarı veriblərsə, biz onu necə cəzalandıra bilərik? Əgər yanlış qərar verən hakim növbəti turda təyinat alırsa, biz Ruana niyə cəza verək?

- Hakim səhvləri davamlı baş versə, nə edəcəksiniz?

- Hakim barədə çox danışmaq istəmirəm. Onlar komandaya mənfi mənada qıcıq verirlər.

- Komandanızda aqressvilik hiss olunur. Bununla bağlı futbolçularla fərdi söhbət edirsiz?

- Komandanın aqressiv olmağını özüm tələb edirəm. Futbolçular istəkli olduqlarını hiss etdirməlidirlər.

- Bakıda məskunlaşmağın komanda üçün mənfi və ya müsbət hansı təsirləri var?

- Yeddi ildir Bakıda məskunlaşmışıq. Bu, bizim üçün yenilik deyil.

- Transfer gözlənilir?

- Yaxın günlərdə bir yeni oyunçu ilə heyəti gücləndirəcəyik. Hücumameyilli futbolçudur. Müqavilə hələ imzalanmadığına görə ad çəkə bilmirəm.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm