"Qarabağ"dan necə xal aldılar?
Bizi izləyin

İdman

"Qarabağ"dan necə xal aldılar?

"Kəpəz" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Publika.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyunun şahidi olduq. Bir komanda daha çox topa nəzarət edirdi. Biz də rəqibi ək-hücumlarda tutmaq istəyirdik. Komandamın intizamlı oyun göstərməsi məni sevindirir. Turnir cədvəlində layiq olduğumuz yerdə deyilik. Komandanın inkişaf etməsi, bu gün bir daha sübut olundu. Hər iki komanda bir xala layiq idi. Çalışırıq ki, mövqeyimizi düzəldək. Bir xal da xaldır. "Kəpəz" fanatları üçün sevinc oldu. Biz də onları sevindirdiyimiz üçün çox şadıq.

- "Qarabağ"dan xal alan üçüncü komanda oldunuz...

- Həyatda mümkünsüz heç nə yoxdur. Rəqibin oturuşmuş heyəti var, büdcə baxımından bizdən üstündürlər. Bu gün qazandığımız bir xal bizi qarşıdakı matçlara daha yaxşı motivasiya edəcək. 90 dəqiqə əzmkar, intizamlı oyunun bəhrəsi olaraq bir xal qazandıq.

- Sanki "Kəpəz" böyük komandalara qarşı daha yaxşı motivasiya olur. Bunun səbəbi nədir?

- Bir komandanın stabil oynaması üçün zaman lazımdır. Amma bizim vaxtımız azdır. Bəli, futbolçular bu cür matçlara özlərini daha yaxşı motivasiya edirlər. Amma ümumi götürsək, qışa kimi oyunumuzda inkişaf var idi. Yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Birdən-birə nəyisə dəyişmək olmur. Dünya futbolunda bu tendensiya var. İngiltərə kubokuna baxsaq, görərik ki, aşağı liqa klubları böyük klubları mübarizədən kənarlaşdırır.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm